AZ

"Neftçi" finala buraxılmadı

Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinalın ilk matçında "Baku Fire" "Neftçi"yə 7:4 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Yarımfinal digər oyunnda ölkə çempionu "Araz-Naxçıvan" PFL-ə 6:3 hesabı ilə qalib gələrək finala adlayıb.

Beləliklə, Azərbaycan kubokunun final matçında Yüksək Liqanın qızıl və gümüş medalçıları – “Araz-Naxçıvan” və “Baku Fire” qarşılaşacaq.

Mayın 7-də Bakı İdman Sarayında keçiriləcək oyun saat 14:00-da başlayacaq.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla