AZ

İsrail “HƏMAS”ın hərbi potensialının 20%-dən çoxunu məhv edib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin Həmas hərəkatının hərbi potensialının 20%-dən çoxunu məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bunu Associated Press agentliyinə radikal təşkilatın Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya deyib.

Onun sözlərinə görə, bu, yerdəki həm insan, həm də maddi potensiala aiddir.

Bundan əvvəl İordan çayının qərb sahilinin bir sıra şəhərlərində Fələstin radikal qruplaşmalarının üzvləri ilə İsrail Müdafiə Qüvvələri arasında silahlı toqquşmalar baş verib. Tulkərm şəhərində “Əl-Qüds Briqadaları” İsrail əsgərlərinə hücum edib. Küçə döyüşü zamanı İDF-nin maşını yüksək partlayıcı qurğu ilə vurulub. Nur Şəms qaçqın düşərgəsində İsrail ordusuna məxsus buldozer partladılıb.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla