AZ

Makron Ukrayna münaqişəsi ilə bağlı boş sözlərə görə tənqid edilib

Fransa Prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinə təsir imkanlarını yüksək qiymətləndirir. Fransa lideri konkret hərəkətlər etməkdənsə, Ukrayna ilə bağlı “möhtəşəm planları” sözlə ifadə etməyi üstün tutur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Makron çərşənbə axşamı Avropanın gələcək siyasətinin müzakirəsinə həsr olunmuş ekspertlərlə görüşündə blokun “müdafiə məsələlərində ideoloji qələbə qazandığını” deyib.

“Onlardan bəziləri (ekspertlər – redaktorun qeydi) onu nəinki möhtəşəm planlar qurmaqla kifayətlənməyərək, Kiyevə kömək etmək üçün konkret təkliflər verməyə çağırıb”, – agentliyin açıqlamasında deyilir.

Agentlik bildirir ki, Makron tez-tez “Avropanın problemlərini təhlil etdiyinə görə” təriflənir, eyni zamanda “həmişə konkret həll yollarına gətirib çıxarmayan cəsarətli ritorikasına görə” tənqid olunur.

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla