AZ

A Seriyası: “Roma” 11 günlük matçı qalib başa vurdu - Video

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 32-ci turunun yarıda qalmış “Udineze” – “Roma” matçı başa çatıb.

Arena.az xəbər verir ki, bu gün qarşılaşma qaldığı yerdən davam etdirilib.

Xatırladaq ki, aprelin 14-də keçirilmiş bu görüş 73-cü dəqiqədə qonaq komandanın müdafiəçisi Evan Ndikanın meydanda halının pisləşməsi və dərhal xəstəxanaya aparılması səbəbindən yarıda dayandırılmışdı. Həmin vaxt hesab 1:1 idi.

Bu gün matç dayandırıldığı yerdən davam etdirilib. Qalan vaxt “Roma”nın xeyrinə yekunlaşıb. Son saniyələrdə qələbə qolunu vuran paytaxt təmsilçisi Udinedən 3 xalla qayıtmağı bacarıb.

Beləliklə, bu nəticədən sonra “Roma” A Seriyasının turnir cədvəlində 58 xalla 5-ci pillədə qərarlaşıb. “Udineze” isə 28 xalla 17-cidir.

A Seriyasına artıq çempionluğu təmin etmiş “İnter” başçılıq edir – 86 xal. “Milan” 69 xalla 2-ci, “Yuventus” 64 xalla 3-cü, “Bolonya” 62 xalla 4-cüdür.

İtaliya, A Seriyası
32-ci tur
14 aprel, 25 aprel

Udineze – Roma 1:2
Qollar: Pereyra – 23 – Lukaku, 64. Kristante, 90+5.

Seçilən
102
1
Mənbələr
Şərh ()
Bağla