AZ

Deyəsən, bu gün Rusiyada həbs edilənlər ancaq qadınlardır..?

...Moskva vilayəti hökumətinin keçmiş sədr müavini Svetlana Striqunkova rüşvət işi ilə bağlı həbs edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskvanın Tverskoy Məhkəməsi onu iyunun 15-dək istintaq təcridxanasına göndərib.

İstintaqın məlumatına görə, Striqunkova “Stroy-STK” tikinti şirkətinin himayəsi üçün 123 milyon rubl məbləğində rüşvət alıb.

Cinayət işi Moskva vilayətində xəstəxanaların təmiri ilə bağlıdır. Həbs edilən qadın təqsirli olduğunu qəbul etmir. Digər təqsirləndirilən şəxs, Moskva vilayətinin keçmiş səhiyyə nazirinin müavini Aleksandr Zaxarova isə 34 milyon rubl alıb.

Qeyd edək ki, bunu istintaq iddia edir.

Striqunkova Zaxarova ilə qarşıdurmadan sonra saxlanılıb. Məmur yanvarda həbs edilib. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Onu da qeyd edək ki, Striqunkova 2020-ci ildən 2024-cü ilin martına qədər Moskva vilayəti hökuməti sədrinin birinci müavini olub.

İttiham maddəsinə əsasən, Striqunkova və Zaxarovanı 15 ilə qədər həbs gözləyir.

Yeri gəlmişkən, bu gün məhkəmə Rusiya mədəniyyət nazirinin keçmiş müavini Olqa Yarilovanı da koloniyaya göndərib.

Deyəsən, bu gün Rusiyada həbs edilənlər ancaq qadınlardır..?

Nazlı

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla