AZ

Qurban Qurbanov: "Rəşad Sadıqovla aramızda müəllim-şagird söhbəti olmayıb"

"Ölkə kuboku əlavə prestijdir".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis futbolçularını finala vəsiqə qazandıqları üçün təbrik edib:

"Hər oyunçu kuboku qazanmaq istəyər. Oyundan ümumən razı qaldım".

O, finalda üz-üzə gələcəkləri "Zirə" haqqında da danışıb:

"Rəşad Sadıqovla meydanda bir-birimizə rəqibik. Çox yaxın dostuq.

Amma müəllim - şagird söhbəti aramızda olmayıb. Nəinki Rəşadla, digər futbolçularla da.

Bəli, mənə müəllim, hoca deyirlər. Amma bu, bir peşəkar işdir, sənətdir.

Bu gün Rəşad özü komandanı idarə edir, düşüncələrini həyata keçirmək istəyir. İki dostun qarşılaşması olacaq.

Bundan əvvəl də maraqlı finalımız olmuşdu. Penaltilərlə qalib gəlmişdik. Əminəm ki, bu oyun da azarkeşlər üçün maraqlı alınacaq".

Seçilən
86
1
Mənbələr
Şərh ()
Bağla