AZ

Rostov sakini tövlədən 68 minaatan mərmisi tapıb

...Rostov-na-Donu sakini olan qadın Rostov vilayətinin Azov rayonunun Aleksandrovka kəndində ona məxsus tövlədə 68 ədəd mina aşkar etdiyi üçün polisə müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadənyazıb.

Polisin məlumatına görə, minalar 200 litrlik bareldə olub. Tapılan əşyalar tam yüklənməmiş sənaye partlayıcı qurğularla və içərisində 400 qram trotil olublar.

Bareldə həmçinin minalar üçün 62 M-1 baş kontaktı tapıldı. Nəşrin yazdığına görə, onların tərkibində başlanğıc və yüksək partlayıcı maddələr var.

İlkin məlumatlara görə, minaların “sahibi” qadının pensiyaşı olan qohumudur.

Nazlı

Seçilən
113
Mənbələr
Şərh ()
Bağla