AZ

Para-üzgüçümüz Avropa Açıq Çempionatında 3-cü medalını qazanıb

Bakı. Trend:

Para-üzgüçümüz Raman Saley Portuqaliyanın Madeyra şəhərindəkeçirilən Avropa Açıq Çempionatında növbəti medalını qazanıb.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzmədə 3-cüyeri tutub.

Bu, Saleyin Avropa çempionatında 3-cü medalı olub. Raman 100metr məsafəyə arxasıüstə üzmədə qızıl, eyni məsafəyə kəpənək üsullaüzmədə isə gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə 4 medal qazanıb.Komandamızın digər üzvü Vəli İsrafilov Avropa çempionu titulunayiyələnib.

Məqalədə:
Seçilən
87
Mənbələr
Şərh ()
Bağla