AZ

Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib

“Liverpul”un baş məşqçisi postuna əsas namizədlərdən birinə çevrilmiş Niderlandın “Feyenoord” komandasının çalışdırıcısı Arne Slot klubunun Mersisayd təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib.

“Report” futbol insayderi Fabritsio Romanoya istinadən xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis ESPN-yə deyib.

“Liverpul”un məşqçisi olmaq istərdim, qərarım aydındır. “Feyenoord” və “Liverpul” danışıqlar aparırlar, mən isə bundan nə çıxacağını gözləyirəm. Mən əminəm, klubların razılığa gəlməsini gözləyirəm”, – o bildirib.

Xatırladaq ki, ilin əvvəlində “Liverpul”un indiki baş məşqçisi Yürgen Klopp cari mövsümün sonunda “qırmızılar”ı tərk edəcəyini açıqlayıb.

Seçilən
124
2
Mənbələr
Şərh ()
Bağla