AZ

“Miss Argentina” iştirakçısı əslində 60 yaşında olub - FOTO

Argentinalı hüquqşünas və jurnalist Alejandra Marisa Rodriguez bu yaxınlarda “Miss Buenos Ayres” titulunu qazanaraq “Miss Argentina” gözəllik müsabiqəsinə vəsiqə qazanıb.

 

Sfera.az bildirir ki, model bu yaxınlarda 60 yaşını qeyd etsə də, gəncliyi ilə hamını təəccübləndirib.

 

Qələbədən sonra Alejandra Latın Amerikası sosial şəbəkələrində ulduz olsa da, onun nailiyyətləri qeyri-real adlandırılır.

 

Görünüşündən və necə gözəl görünməyi bacarmasından danışan qadın qeyd edib ki, o, həftədə üç dəfə məşq edir, aralıqlı oruc tutur, sağlam qidalanmağa çalışır, həmçinin yüksək keyfiyyətli dəri kremlərindən istifadə edir.


"Miss Buenos Aires 2024 titulunu qazandığım üçün qürur duyuram. Mən bütün qadınlara göstərmək istəyirəm ki, gözəlliyin yaşı yoxdur və istədiyimiz maneələri dəf edə bilərik. Mən çox məşq etdim, öz ş üzərimdə işlədim və bacarıqlarımı təkmilləşdirdim ki, qadınların necə güclü olduğunu göstərim. İmkanların sərhədləri yoxdur"-Rodriguez səhnədə deyərək, əlavə edib ki, o, "Miss Argentina Kainat 2024"də yarışmaqda qərarlıdır.

 

Yeri gəlmişkən, keçən il “Miss Universe” gözəllik müsabiqəsi 1958-ci ildən tətbiq edilən yaş məhdudiyyətini aradan qaldıraraq daha əhatəli olub. Artıq müsabiqədə təkcə 18 yaşdan 28 yaşa qədər qadınlar deyil, daha çox yaşlılar da iştirak edə bilər.


Qaydalarda qeyd olunur ki, müsabiqə iştirakçıları qanuni yaşlarını gizlətməməlidir. Bu, Buenos-Ayresdən olan 60 yaşlı Alejandra Marisa Rodriges də daxil olmaqla, daha çox yaşlı iddiaçılara şans yaradıb.

 

Aysel

Sfera.az

Seçilən
81
4
Mənbələr
Şərh ()
Bağla