AZ

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə “Bakı Metropoliteni” QSC metronun “Cəfər Cabbarlı” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 26 aprel 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Seçilən
64
7
Mənbələr
Şərh ()
Bağla