AZ

Yerin maqnit sahəsi ilə bağlı ŞOK araşdırma

“Discover Magazine” jurnalında yer alan xəbərə görə, Oksford Universiteti və Massaçusets Texnologiya İnstitutundan (MIT) tədqiqatçılar 3,7 milyard yaşında olan süxurlardan istifadə edərək, bu gün yerin maqnit sahəsinin təxminən 3,7 milyard il əvvəlki ilə eyni olduğunu aşkar ediblər.

News24.az xəbər verir ki, Qrenlandiya adasındakı Isua Greenstone kəmərindən qazılmış qayalardan istifadə edərək ciddi araşdırma nəticəsində tədqiqatçılar 3,7 milyard il əvvəl maqnit sahəsinin miqyasının 15 mikrotesla olduğunu müəyyən etdilər. Bu böyüklük müasir maqnit sahəsinin yarısına bərabərdir.

Tədqiqatçıların bu uğuru maqnit sahəsinin böyüklüyünü və istiqamətini qeyd edərək təbii maqnit rolunu oynayan qədim süxurlar üzərində dəmir hissəciklərini öyrənməklə əldə edilib.

Qeyd edək ki, Maqnit sahəsi Yeri kosmik radiasiyadan və günəş küləklərindən qoruyur.

Onu da bildirək ki, Qrenlandiyanın paytaxtı Nuukdan 150 kilometr şimal-şərqdə yerləşən Isua Yaşıl Daş qurşağında Yer kürəsinin ən qədim qayaları var.

Günel Məlikzadə

Seçilən
183
Mənbələr
Şərh ()
Bağla