AZ

Kosmik tullantılar Çinin orbital stansiyasına ziyan vurub

...Çinin Tianqonq orbital stansiyası kosmik tullantılarla toqquşma nəticəsində zərər çəkib. Zərbə günəş panellərini zədələyərək stansiyada elektrik enerjisinin kəsilməsinə səbəb olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,hadisə barədə Çinin dövlət xəbər agentliyi Sinxua məlumat yayıb.

Sinxua Çinin İnsanlı Kosmik Agentliyinin (CMSA) məlumatlarına istinadən bildirir ki, "Tianqonq kosmik stansiyasının əsas modulu Tianhe, kosmik dağıntıların günəş qanadının elektrik kabellərinə təsiri səbəbindən enerji təchizatının qismən itirilməsinə səbəb olub".

Nazlı

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla