AZ

Böyük Britaniya Mərkəzi Asiya uğrunda mübarizəyə qoşulur…

Böyük Britaniyanın xarici işlər naziri David Kameron Rusiya və Çinin region dövlətlərinə təsirini azaltmaq məqsədi daşıyan Mərkəzi Asiya ölkələrinə səfərinə başlayıb…

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

Diplomat əvvəlcə Tacikistana, daha sonra Qırğızıstana, Özbəkistana, Qazaxıstana və nəhayət, Türkmənistana səfər edib. Qeyd olunur ki, yaxın üç ildə London region dövlətlərinə müstəqillik və suverenliyi dəstəkləmək üçün 50 milyon funt-sterlinq ayırmaq niyyətindədir.

Tacikistan lideri Emomali Rahmon ilə görüşdə Kameron tərəflərin biznes, terrorizm və iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa hazır olduğunu bildirib. Bundan əlavə, Britaniya ingilis dili müəllimləri və təcrübə keçmələri üçün dəstək təklif etməyə və ölkədəki universitetlərdə müxtəlif ölkələrdən olan tələbələr üçün təqaüdlərin maliyyələşdirilməsini artırmağa hazırdır.

Diplomat Tacikistana səfər edən ilk Britaniya naziri olduğunu vurğulayıb. Rəhmon onu əmin edib ki, Düşənbə Britaniya ilə çoxşaxəli əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük diqqət yetirir.

Seçilən
93
50
Mənbələr
Şərh ()
Bağla