AZ

İstanbulda süni intellekt liseyi yaradılacaq

İstanbul Teknoparkında keçirilən seminarın açılışında çıxış edən İstanbul Milli Təhsil Müdir müavini Hüseyn Aydın bildirib ki, həyata keçirilməsi planlaşdırılan lisey Türkiyənin ilk süni intellekt liseyi olacaq.

News24.az xəbər verir ki, gündəlik həyatın bir çox sahəsində istifadə olunmağa başlayan süni intellektin sahəsinin gündən-günə genişləndiyinə diqqət çəkən Aydın, informatikadan mediaya, sənayedən təhsilə qədər müxtəlif sahələrdə istifadə edilən süni zəkanın, gələcəyin ən mühüm sahələrindən biri olduğunu vurğulayıb.

Aydın, “Gələcəyin elmi və texnoloji inkişafı üçün indidən hazırladığımız gənclərimizi süni intellektlə təmin edərək, dünya miqyasında digər ölkələrlə texnoloji elmi rəqabətdə ölkəmizi lider mövqeyə çıxarmağı hədəfləyirik" dedi.

Günel Məlikzadə

Seçilən
52
50
Mənbələr
Şərh ()
Bağla