AZ

Kişi klimaksı nədir?


40-70 yaş arası 90% kişilərin cinsiyyət vəzlərində dəyişikliklər baş verir.


“Medicina” xəbər verir ki, xayalarda degenerativ dəyişikliklər, testosteronda dəyişikliklə “kişi klimaksı” başlayır.


Bu çox normal fizioloji haldır, orqanizin qocalmasının təzahürüdür, əgər kişidə ciddi şikayət, narahatlıqla getmirsə heç bir müalicəsi yoxdur.
Əgər kişidə klimaksa bənzər proseslər 40 yaşdan tez başlayırsa bu erkən, 60 yaşdan sonra olursa gecikmiş hesab edilir.


Əgər klimaks prostatit, ürək-damar, sidik sistemində dəyişikliklər və xəstəliklərlə gedirsə, bu artıq patoloji hesab edilir.


Klimaks dövrü kişilər üçün nevroloji problemlərlə də keçə bilər.


Erkən klimaksın səbəbləri sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri – orxit, epididimit, orxeopididinit, xoşxassəli şişlər, qan dövranı pozulması, toksiki çirklənmə, alkoqolizm, cərrahi əməliyyatlar, travmalar və s. ola bilər.


Kişi klimaksının simptomları:

-Ürəkdöyünmə
-Dəridə qızarma
-Yanma hissi
-Əsəb, sinir pozulmaları
-Arterial təzyiqdə dəyişmələr

-Cinsi istəksizlik, erektil disfunksiya
-Sperm sayının azalması
-Sonsuzluq
-Xarici görünüşdə dəyişiklik, belin, qarının piylənməsi, süd vəzilərinin böyüməsi

Aygün Musayeva

Seçilən
29
2
Mənbələr
Şərh ()
Bağla