AZ

İranın müdafiə nazirinə sanksiya tətbiq edildi

Kanada hakimiyyəti İranın müdafiə naziri Məhəmməd Rza Aştianini sanksiyalar siyahısına əlavə edib.

"Unikal" xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında bildirilir. 

Qeyd edildiyi kimi, sanksiyalar İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının komandiri Xatəm əl-Ənbiyaya, Qulam Əli Rəşidə qarşı da tətbiq edilib.

Sənəddə qeyd edilir ki, “İran İslam Respublikasının hərəkətləri sülh və təhlükəsizliyin pozulmasına yönəldiyinə görə” yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Bildirilir ki, bu hərəkətlər “artıq ciddi beynəlxalq böhrana gətirib çıxarıb və ya gətirib çıxara bilər”. 

Seçilən
125
34
Mənbələr
Şərh ()
Bağla