AZ

“Liverpul” üçün sürpriz baş məşqçi – Kloppun xələfi bilindi

İngiltərənin “Liverpul” klubunun baş məşqçi postuna əsas namizəd olan mütəxəssisin adına aydınlıq gəlib.

7Times.az  xəbər verir ki, mersisaydlılar Niderlandın “Feyenoord” klubunun baş məşqçisi Arne Slot ilə danışıq aparırlar.

Bu barədə informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. Xəbərə görə, “qırmızılar” Slot ilə şəxsi müqavilənin detallarını razılaşdırmağa çox yaxındır. Mütəxəssis bu keçidə razılıq verib və artıq “Feyenoord”dan icazə alıb. Onun hazırkı müqaviləsində heç bir bənd yoxdur, lakin klublar artıq təzminat məbləğini müzakirə edirlər.

Xatırladaq ki, “Liverpul”un hazırkı baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubu tərk edəcəyini yanvarda açıqlamışdı.

Fanat.Az

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla