AZ

Avropa Parlamenti çağırış etdi: “Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini tanımayın”

Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasında Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin guya qeyri-demokratik keçirildiyi bildirilən anti-Rusiya qətnaməsi qəbul edib. Qətnamənin lehinə 493 deputat, əleyhinə 11 deputat səs verib, 18 deputat bitərəf qalıb.

Mətndə seçkilərdə real alternativ namizədlərin olmadığına dair iddialar yer alır, həmçinin Rusiyanın yeni regionlarında səsvermə qanunsuz adlandırılır.

Avropa Parlamentinin üzvləri Aİ ölkələrini və beynəlxalq ictimaiyyəti Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini legitim tanımamağa çağırıblar. Qətnamə müəllifləri həmçinin Aİ-yə Moskva ilə münasibətlərini regional sülh, humanitar məsələlər və insan haqları ilə bağlı məsələlərlə məhdudlaşdırmağı tövsiyə ediblər.

Parlamentarilər Aİ ölkələrini müstəqil vətəndaş cəmiyyəti təşkilatlarını, müstəqil media və insan haqları müdafiəçilərini dəstəkləməyə, Rusiyanın demokratik müxalifətini dəstəkləməyə çağırıblar.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla