AZ

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

Yük maşını sürücülərinin çatışmazlığı (CE kateqoriyası) 2023-cü ilin sonuna qədər 4% artaraq 25%-ə çatıb. 

Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti 12 ən böyük nəqliyyat və logistika şirkətini birləşdirən Avtomobil Daşıyıcıları və Ekspeditorlar Assosiasiyasına istinadən yazır.

Assosiasiyadan bildirilib ki, bu səbəbdən avtomobil parkının 18%-i boş dayanır.

Sənaye çətinliklərinə sürücü çatışmazlığı və yük maşınlarının təmirində çətinlik daxildir. Rusiyada 2023-cü ilin sonuna qədər 90 mindən 160 minə qədər vakansiya qeyd edilib.

Sənayeyə yeni mütəxəssisləri cəlb etmək üçün son bir il ərzində əmək haqqı təklifləri 40% artaraq 150 min rubla çatıb, - birliyin rəhbəri Vadim Filatov deyib.

Mütəxəssislər sürücü çatışmazlığı artdıqca daşıyıcıların əmək haqqını artırmağa məcbur olacağını proqnozlaşdırırlar. Böyük işə götürmə xidmətləri də yük maşını sürücülərinə yüksək tələbatı qeyd edir. Bu vəzifə üzrə vakant yerlərin sayı 2024-cü ilin əvvəlindən 2023-cü ilin eyni dövrü ilə müqayisədə bir yarım dəfə artıb. Bu məlumat HeadHunter tərəfindən təqdim edilib.

Rabota.ru xidmətinin mütəxəssisləri də yük maşını sürücülərinə tələbatın artdığını qeyd ediblər. 2024-cü ilin birinci rübündə işəgötürənlərin sürücülərin axtarışında fəallığı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7% artıb.

Şirkətin analitika direktoru Yelena Artyomova bildirib ki, orta əmək haqqı təklifləri 30% artaraq 103 min rubldan çox olub.

Ekspertin sözlərinə görə, sürücülərə tələbat Leninqrad vilayətində, Yamalo-Nenets Muxtar Dairəsində, Tatarıstan Respublikasında, həmçinin Sverdlovsk və Voronej vilayətlərində xeyli artıb.

Nicat

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla