AZ

Avropanın gümüş mükafatçısı: “Bu medalı qızıla çevirəcəyimə inanıram”

“Avropa çempionu olmaq üçün çox hazırlaşmışdım”.

İdman.biz xəbər verir ki, bunu cüdo üzrə Avropa çempionatında gümüş medal qazanan Balabəy Ağayev (60) deyib.

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən turnirdə yığmaya ilk medalı qazandıran Balabəy dünya çempionatında qızıl qazanmaq arzusunda olduğunu bildirib. “Avropa çempionatında 2-ci yerlə kifayətləndim. Əlbəttə, gümüş də uğurdur. Dünya çempionatında bu medalı qızıla çevirəcəyimə inanıram. Belə yarışlarda zəif rəqib olmur. Hər bir cüdoçunun özünün müsbət və mənfi tərəfləri var. Bakıya qayıtdıqdan sonra qarşıdakı mundiala hazırlığa start verəcəyəm”.

Qeyd edək ki, Ağayev finalda dünya və Avropq çempionu Fransisko Qarriqosa (İspaniya) uduzub.

İdman.biz

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla