AZ

“Paşinyan yeni müharibə olacağını deyir” – Baqratyan

Ermənistanda fəaliyyət göstərən “Birgə” hərəkatının üzvləri mitinq keçirərək əsas  küçələrdən birini bağlamağa cəhd göstəriblər.

KONKRET.az xəbər verir ki, bu zaman polis hərəkatın üzvlərindən bir neçəsini saxlayıb.

Ermənistanın keçmiş baş naziri, “Birgə” hərəkatının üzvü Qrant Baqratyan polisə hərəkat üzvlərini deyil, Baş nazir Nikol Paşinyanı saxlamağı məsləhət görüb.

“Bizi yox, Ermənistandan keçən dəmir yolunun qarşısını kəsən Paşinyanı saxlayın. Çünki Paşinyan bizi daim qorxudur, müharibə olacağını deyir. O, hər yerdə yalan danışır. Deyir ki, Qarabağı ruslar təhvil verdilər. Təbii ki, heç kim rusları tərifləmir, onların etdikləri heç də təqdirəlayiq deyil. Amma Paşinyan özü də Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədi”, – deyə Baqratyan vurğulayıb.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla