AZ

Çanaqqala boğazı bağlandı - SƏBƏB

Barbados bayraqlı yük daşıyan “Ak Discovery” gəmisində Çanaqqala boğazından keçərkən yanğın baş verib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Baş Müdirliyinin "X" (keçmiş Twiteer) səhifəsində verdiyi məlumata görə, boğazdan keçən nəqliyyatın hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

“Misirdən Bolqarıstana doğru hərəkət edən Çanaqqala boğazı ərazisində hərəkət edən 107 metrlik “Ak Discovery” quru yük gəmisindən maşın otağında yanğınla bağlı həyəcan siqnalı alınıb. Gəmi və yanğının söndürülməsinə başlanılıb, boğaz hər iki istiqamətdə müvəqqəti bağlanıb”, - deyə idarədən bildirilib.

Yük gəmisinin ekipajının təxliyyə edildiyi qeyd edilir.

Yusif EYVAZLI

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla