AZ

Raman Saleydən 1 dəst medal

Para-üzgüçümüz Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında növbəti medalını qazanıb.

İdman.biz xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzmədə 3-cü yeri tutub.

Bu, Saleyin Avropa çempionatında 3-cü medalı olub. Raman 100 metr məsafəyə arxasıüstə üzmədə qızıl, eyni məsafəyə kəpənək üsulla üzmədə isə gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə 4 medal qazanıb. Komandamızın digər üzvü Vəli İsrafilov Avropa çempionu tituluna yiyələnib.

İdman.biz

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla