AZ

İlham Əliyev Füzuli hava limanından Berlinə uçub - (Yenilənib)

İlham

Azərbaycan Respublikası Prezidentinin təyyarəsi Füzuli hava limanından ilk dəfə olaraq Berlinə uçub.

Reyting.az
xəbər verir ki, bu barədə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

“Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” – deyə dövlət rəsmisi qeyd edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib.

Reyting.az
xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Seçilən
16
42
Mənbələr
Şərh ()
Bağla