AZ

Klimtin 100 ildir itdiyi düşünülən əsəri 30 milyona satıldı


Avstriyalı rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən rəsm əsəri Vyanada keçirilən hərracda 30 milyon avroya satılıb.
Yeniavaz.com
“The Guardian”a istinadən xəbər verir ki, “Froylyayn Liserin portreti” adlanan yarımçıq əsər rəssamın ölümündən bir il əvvəl, 1917-ci ilin yazında çəkilib.
Vyana hərrac evi “im Kinsky” yanvar ayında keçirdiyi mətbuat konfransında portretin şəxsi kolleksiyada yenidən tapıldığını elan edənə qədər rəsm yalnız ağ-qara fotoşəkildən məlum idi.
Rəsm əsərinin qəfil peyda olması onun ətrafında böyük həyəcan yaradıb.
Hərrac ərəfəsində təxminən 15.000 ziyarətçi “im Kinsky”də nümayiş olunan əsərlərə baxmaq fürsətindən istifadə edib.
Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla