AZ

Firuzə İbadova haqqında yayılan xəbərdən danışdı: “Onun ruhu şad olsun deyə...”

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyini xəbərlərini təkzib edib. 

Yenisabah.az “Unikal”a istinadın xəbər verir ki, müğənni “Firuza İbadova Cavanşir Məmmədov üçün səhnəyə əlvida dedi” başlıqlı xəbərin yalan olduğunu bildirib. 

“Mən Cavanşir Məmmədovdan sonra səhnəni heç kimlə paylaşa bilmərəm, mən duet oxumağa əlvida demişəm, səhnəyə deyil! Mən sənətimi, səhnəni sevirəm və heç vaxt tərk edə bilmərəm! Əksinə, onun ruhu şad olsun deyə, nəğmələrimizi yaşadacağam”, - deyə Əməkdar artist açıqlamasında deyib. 

Qeyd edək ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də dünyasını dəyişib. 


Telegram kanalımız
Seçilən
72
14
Mənbələr
Şərh ()
Bağla