AZ

Migel Anxel Xil Marin Super Liqa ilə bağlı fikirlərini açıqladı

Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marin Avropa Klublar Assosiasiyasının (ECA) iclasında çıxış edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, məmur Avropa Super Liqasının təsisi ilə bağlı danışıb:

“Burada belə görüşlərdə biz Super Liqa haqqında çox danışırıq, amma İspaniyadan kənarda Super Liqa ölüb. ECA, UEFA və Avropa liqaları nə üçündür? Onlar rəqabət strukturunu qoruyurlar. Əgər siz bir sıra klublar üçün yarışları bağlasanız, bu, bir çox insanın xəyallarını məhv edəcək”, deyə Migel Anxel Xil Marin bildirib.

Xatırladaq ki, 2023-cü ilin dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətini qanunsuz elan edib. Bu təşkilatların Avropada klub yarışlarında inhisar hüququnun olmadığı vurğulanıb. Beləliklə Avropa qanunlarına əsasən Super Liqanın rəsmən təsis edilə biləcəyi mümkün olub.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla