AZ

“Avropa “ölə” bilər” – Makron


“Avropa növbəti onillikdə zəifləyib “ölə” bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Sorbonnada Avropanın gələcəyi ilə bağlı çıxışı zamanı deyib.
“Avropamız ölümcüldür, “ölə" bilər. Hər şey yalnız seçimlərimizdən asılıdır. Qarşıdakı onillikdə bizim zəifləyəcəyimiz barədə böyük risk var", - o deyib.
Fransa liderinin sözlərinə görə, Avropanın hər yerində onun dəyərləri təhdid altındadır və qitə ölkələri dünyanın ümumi silahlanmasına reaksiya verməkdə çox ləngdirlər:
“Avropanın böyüməsi və suverenliyinin möhkəmləndirilməsi üçün yeni strategiyaya ehtiyacı var. Biz güvən yaratmalı və səylərimizi davam etdirməliyik. Avropa təhlükəsizliyinin şərti Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməməsidir”.
Makron mümkün Qərb ölkələrinin Ukrayna ərazisinə qoşun göndərməsi məsələsinə toxunaraq, strateji qeyri-müəyyənliyə qayıtmaq lehinə seçimini təsdiqləyib.
Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla