AZ

Berlin supermarketlərində kokain tapılıb

Almaniya polisi Berlin və Brandenburq əyalətində bir neçə supermarketdə banan qutularında gizlədilən kokain tapıb.

Məlumata görə, kokain supermarket işçiləri malları açarkən aşkar edilib və onlar polisə müraciət ediblər. Tapıntı polisin genişmiqyaslı əməliyyatına səbəb olub. Brandenburqda ən azı dörd mağazada paketlərdə kokain tapılıb. Berlində narkotiklərin tapıldığı mağazaların sayı hələlik məlum olmasa da, hər supermarketdə 20 ilə 100 kiloqram arasında narkotik tapıldığı qeyd olunur.

Qeyd edək ki, hazırda istintaq aparılır.

Mənbə: TASS

Seçilən
24
35
Mənbələr
Şərh ()
Bağla