AZ

Makdevid “Edmonton”da tarix yazır

“Edmonton”un hücumçusu Konnor Makdevid “Los-Anceles”lə pley-off seriyasının ilk oyununda 5 xal topladı.

“Football-plus.az” xəbər verir ki, MHL-in saytının yaydığı xəbərə gprə, o, “neftçilər”in tarixinə Stenli kuboku uğrunda oyunda 5 və daha artıq məhsuldar ötürmə verən 4-cü hokkeyçi kimi düşdü. Əvvəllər bunu Ueyn Qretski (1987-ci ildə 7, 1981-ci ildə 5 xal), Pol Koffi (1985-ci ildə 6 xal) və Qlen Anderson (1987-ci ildə 5 xal) bacarıb.

Makdevid həmçinin MHL tarixinə 21-ci əsrdə pley-off oyununda 5 məhsuldar ötürmə verməyi bacaran ilk hokkeyçi kimi düşdü. Sonuncu dəfə belə uğura 1998-ci ildə Ceff Kortnal nail olub.

“Kolorado”nun hücumçusu Natan Makkinnon dünən “Vinnipeq”lə seriyanın 2-ci oyununda məhsuldar ötürmə verdi. Kanadalı Stenli kuboku uğrunda oyunlarda 58-ci məhsuldar ötürmə ilə klub tarixində bu göstəricidə indiyə qədər 4-cü yerdə olan Piter Ştyastnını arxada qoydu. İlk üç pillədə isə Co Sakik (104), Peter Forsberq (101) və Mikko Rantanen (59) qərarlaşıb.

Pley-ffa uğursuz başlayan komandalardan biri də “Vaşinqton”du. Dünən seriyanın 2-ci oyununda da “Reyncers”ə uduzan paytaxt klubunun rusiyalı ulduzu Alekandr Oveçkin belə dedi:
“Bir neçə səhvə yol verdik, uğursuz səkmələr oldu. Düşünürəm ki, “Vaşinqton” ilk oyunla müqayisədə bu gün daha yaxşı oynadı. Hər birimiz bu komandaya qarşı oynaya biləcəyimizi anlayırıq. Sadəcə, birləşməliyik. Bizə çətin olacaq, amma rəqibə də”.


23 aprel
Boston – Toronto 2:3 (2:1, 0:1, 0:1)
Seriyada hesab – 1:1.
Karolina – Aylenders 5:3 (0:2, 1:1, 4:0
Seriyada hesab – 2:0.
Dallas – Veqas 3:4 (2:3, 0:1, 1:0)
Seriyada hesab – 0:1.
Edmonton – Los-Anceles 7:4 (2:0, 2:2, 3:2)
Seriyada hesab – 1:0.
24 aprel
Reyncers – Vaşinqton 4:3 (2:1, 2:1, 0:1)
Seriyada hesab – 2:0.
Florida – Tampa-Bey 3:2 ОТ (2:0, 0:2, 0:0, 1:0)
Seriyada hesab – 2:0.
Vinnipeq – Kolorado 2:5 (1:0, 1:4, 0:1)
Seriyada hesab – 1:1.
Vankuver – Neşvill 1:4 (0:1, 1:2, 0:1)
Seriyada hesab – 1:1.
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla