AZ

ADNSU-da beynəlxalq elmi-praktiki konfrans başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Türk Dünyasının Enerji Lokomotivləri” adlı Beynəlxalq elmi-praktiki konfrans işini başa çatdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədəADNSU-dan bildirilib.

İki gün davam edən beynəlxalq konfrans çərçivəsində Termoset materiallardan hazırlanmış hissələrin sıxılma deformasiyasının tədqiqi, Enerji sistemlərində bərpa olunan enerji mənbələri və hidrogen enerjisi, Sənaye tullantıları polistirol əsasında polimer tərkibinin tədqiqi və digər mövzularda pelanar iclaslar keçirilib, məruzələr dinlənilib.

Konfransa ümumilikdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Başqırdıstan respublikasından və digər ölkələrdən 6 bölmə üzrə (Enerji texnologiyaları, Neft və qaz yataqlarının işlənməsi və istismarı (qazma), Neftin,qazın nəqli və saxlanılması, Kimya və kimya mühəndisliyinin müasir problemləri, Materialşünaslıq, Enerji qurğuları və maşınları.Tribologiya.Hidrogenin alınması) 75 məqalə təqdim edilib.
Seçilmiş məqalələr yerli və beynəlxalq səviyyəli jurnallarda dərc olunacaq.

Türk dövlətlərinin neft və qaz sənayesi sahəsində fəaliyyət göstərən universitet və tədqiqat mərkəzlərinin əməkdaşlığını gücləndirmək məqsədiləkeçirilən konfransda yaradılan “Türk Dünyası Dövlətlərinin Enerji Universitetləri Assosiasiyası”türk dövlətlərinin enerji sektorunda, xüsusilə də yaşıl enerjiyə keçiddə əməkdaşlığa töhfə verəcək.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla