AZ

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, yarımfinalın ilk matçında “Neftçi” İK-nı 7:4 hesabı ilə üstələyən “Baku Fire” həlledici görüşə vəsiqə qazanıb.

Digər yarımfinal qarşılaşmasında ölkə çempionu “Araz-Naxçıvan” PFL-ə 6:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Neftçi İK – Baku Fire 4:7
Qollar: Reza Abgoun, 21:22, 30:58, Vahib Xocayev, 23:50, Namiq Məmmədkərimov, 24:57 – Kənan Manafov, 2:13, 18:11, 22:02, Oktay Rüstəmli, 9:45, 23:30, İaqo Henrique, 29:07, Tofiq Mikayılov, 37:10

Araz-Naxçıvan – PFL 6:3
Qollar: Lukas Romao, 13:34, 37:22, Amadeu, 29:31, 36:29, Andre Junior, 31:12, Miloş Todoriç, 39:06 – Eyvaz Tağıyev, 3:43, Raqif Eyvazov, 22:12, Emil Abaszadə, 39:37.

Seçilən
8
1
Mənbələr
Şərh ()
Bağla