AZ

Cənubi Koreya hərbi qulluqçulara "iPhone"dan istifadəsi qadağan edir

Cənubi Koreyanın hərbi komandanlığı məxfi məlumatların sızmasının qarşısını almaq üçün ölkənin bütün hərbi müəssisələrində "iPhone"dan istifadəni qadağan etmək niyyətindədir. 

HİT.az xəbər verir ki, bu tədbir bu il iyunun 1-dən qüvvəyə minə bilər.

Hərbi dairələrdəki mənbələrə görə, qadağa yalnız "Apple" məhsullarına şamil ediləcək. Eyni zamanda, "Android" əməliyyat sistemi əsasında işləyən qurğular, o cümlədən Koreyanın "Samsung" qadcetləri məhdudiyyətlərin təsirinə məruz qalmayacaq. Bu, "Android" cihazlarının milli təhlükəsizlik tələblərinə cavab vermək üçün zəruri olan sistem funksiyalarını daha çevik fərdiləşdirməyə imkan verməsi ilə əlaqədar ola bilər.

Təklif olunan tədbirlər çərçivəsində hərbi idarə bütün növ smart saatların və geyilə bilən cihazların istifadəsinə qoyulan qadağanın genişləndirilməsini də nəzərdən keçirir. Qadağa bütün birliklərə tətbiq edilərsə, bu, təxminən 500 min hərbçiyə şamil ediləcək.

Bu cür hərəkətlərə səbəb "Apple" cihazlarının təhlükəsizlik tələbləri ilə uyğunsuzluğu, yəni cihazların əsas funksiyalarını xarici proqramlar vasitəsilə idarə edə bilməməsi olub. Bu, şirkətin kamera istisna olmaqla, xarici proqramların sistemin işinə mane olmasına imkan verməyən istifadəçi məxfiliyinin qorunması siyasəti ilə bağlıdır.

Çətinliklər 2013-cü ildən bəri hərbçilərin smartfonlarında məcburi olan xüsusi Milli Müdafiə Mobil Təhlükəsizlik proqramından istifadə etməklə yaranır. Bu xidmət aktivləşdirildikdə kamera, Wi-Fi, modem, USB və mikrofonun funksiyalarını bloklayır. "Üstəlik", "Android"də onun funksionallığı sistemin açıq arxitekturası sayəsində heç bir problem olmadan həyata keçirilir.

Samir

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla