AZ

Konseysao ilə daha 4 il

“Portu” baş məşqçi Serjio Konseysao ilə yeni müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, tərəflər arasında yeni razılaşma 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Konseysao 2017-ci ildən “Portu”ya başçılıq edir. 49 yaşlı mütəxəssis komandaya 3 çempionluq və 3 dəfə ölkə kuboku titulunu qazandırıb. "Əjdahalar" onun rəhbərliyi ilə 372 oyunda 268 qələbə qazanıblar, 49 oyunda heç-heçə və 55 görüşdə məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, 2023/2024 mövsümündə “Portu” 62 xalla 3-cü pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla