AZ

Almaniyadakı ukraynalı qaçqınlara görə problem yaranıb

Almaniyadakı

Almaniyada Ukraynadan olan qaçqınlar üçün müvəqqəti yaşayış icazəsinin alınması və ya uzadılması mütləq etibarlı pasport tələb etmir.

Reyting.az
xəbər verir ki, bunu Berlin Senatının nümayəndəsi bildirib.

Alman rəsmisi deyib ki, ən əsası hakimiyyətin həmin şəxsin kimliyini müəyyən etmək imkanına malik olmasıdır.

Onun sözlərinə görə, ölkədə qalmaq hüququ və bununla bağlı imkanlar Ukrayna Xarici İşlər Nazirliyinin qərarından asılı olmayaraq qüvvədə qalır.

Qeyd edək ki, Ukrayna səfirliyi və ya konsulluğu yalnız başa çatmamış hərbi xidmətə görə pasport verməkdən və ya yeniləməkdən imtina edərsə, Berlin Dövlət Xaricilər İdarəsi (Landesamt für Einwanderung) ona xaricə səyahət üçün pasportu əvəz edən səyahət sənədi verəcək.



Alman rəsmisi qeyd edib ki, belə bir sənədin verilməsi yalnız müstəsna hallarda mümkündür - əgər şəxs səfər üçün üzürlü səbəbləri olduğunu sübut edərsə. Ümumiyyətlə, Almaniyada xidmət etmək öhdəliyi tamamilə məqbul vətəndaşlıq borcu hesab olunur.

Xatırladaq ki, bu yaxınlarda Xarici İşlər Nazirliyi digər ölkələrdə olan Ukrayna vətəndaşları üçün konsulluq xidmətlərinin göstərilməsini müvəqqəti dayandırıb. Nazir Dmitri Kuleba bunu “Ukraynada və xaricdə səfərbərlik yaşında olan kişilərə ədalətli münasibətin bərpası” adlandırıb.

Daha sonra Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib ki, 18-60 yaşlı hərbi qulluqçular beynəlxalq pasportları və ölkə vətəndaşlarının pasportlarını yalnız Ukraynada ala bilərlər.

V. QULİYEV
Seçilən
81
7
Mənbələr
Şərh ()
Bağla