AZ

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.Bu barədə "TRT haber” məlumat yayıb.
 
Görüşdə Türkiyə ilə Qazaxıstan arasında ikitərəfli əlaqələr, regional və qlobal problemlər, Qəzza və bölgədəki son vəziyyət müzakirə edilib.

Ərdoğan Qazaxıstanla müdafiə sənayesi, terrorla mübarizə, iqtisadiyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, Oljas Bektenov Türkiyədə səfərdədir.

www.anews.az
Seçilən
24
3
Mənbələr
Şərh ()
Bağla