AZ

Futzal: Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, hər iki oyun Bakı İdman Sarayında baş tutub.

Mərhələnin ilk duelində Yüksək Liqanın iki komandası üz-üzə gəlib. Çempionatda gümüş medalları “Baku Fire” komandasına uduzan “Neftçi” finala yüksəlməklə bunu sığortalamağa çalışırdısa, nominal qonaqlar titulunu qorumaq iddiasında idi. Yekunda qələbəni bayram edən “Baku Fire” ilk finalçı olub.

İkinci oyunda Yüksək Liqanın lideri “Araz-Naxçıvan” PFL ilə qarşılaşıb. Naxçıvan təmsilçisi bu oyunda sürprizə imkan verməyib və finala yüksəlib.

Beləliklə Azərbaycan kubokunun final matçında Yüksək Liqanın qızıl və gümüş medalçıları – “Araz-Naxçıvan” və “Baku Fire” komandaları qarşılaşacaqlar. Həlledici oyun mayın 7-də keçiriləcək.

Xatırladaq ki, futzal üzrə Azərbaycan Kubokunda sonuncu qalib ötən mövsüm “Neftçi” İK üzərində 5:0 hesablı qələbə qazanmış “Baku Fire” komandasıdır.

Azərbaycan Kuboku
Yarımfinal
25 aprel

Neftçi İK – Baku Fire 4:7
Qollar: Reza Abqun, 21:22; 30:58. Vahib Xocayev, 23:50. Namiq Məmmədkərimov, 24:57 – Kənan Manafov, 2:13; 18:11; 22:02. Oktay Rüstəmli, 9:45; 23:30. Yaqo Enrike, 29:07. Tofiq Mikayılov, 37:10.
Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Hikmət Qafarlı.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 15:00.

Araz-Naxçıvan – PFL 6:3
Qollar: Lukas Romao, 13:34; 37:22. Amadeu, 29:31; 36:29. Andre Junior, 31:12. Miloş Todoriç, 39:06 – Eyvaz Tağıyev, 3:43. Raqif Eyvazov, 22:12. Emil Abaszadə, 39:37.
Hakimlər: Rza Məmmədov, Ziya Nəsirov, Hacıəli Ağayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:00.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla