AZ

Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir - ŞƏRH

Bakı. Trend:

Azərbaycanla Almaniya Federativ Respublikası arasındakımünasibətlər strateji əhəmiyyət kəsb edir.

Bunu Trend-in suallarını cavablandırarkən politoloqİlyas Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycan və Almaniya arasında müxtəlifsahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.

"Almaniya ölkəmizin Avropada ən vacib siyasi-iqtisaditərəfdaşlarından biridir. Almaniya dünya iqtisadiyyatında vəsiyasətində mühüm rol oynayan ölkələrdəndir. Almaniya CənubiQafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığıdərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Çünki bu ölkə Avropa İttifaqının aparıcı dövləti kimi CənubiQafqazda gedən prosesləri təhlil etməkdədir. Digər tərəfdən,Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərinnormallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsasdəstəkçilərindən biridir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində bu gün aparıcıdövlətə çevrilməkdədir. Bu baxımdan, Bakı ilə Berlin arasındakımünasibətlər də diqqət çəkir. Ölkəmiz sülhə, sabitliyə böyük önəmverir və Cənubi Qafqazda sülhün dayanıqlı olmasına çalışır.

Azərbaycanda delimitasiya və demarkasiya komissiyalarının işininuğuru, əldə olunan nəticələr də ölkənin maraqlarına cavab verməkləyanaşı, sülh müqaviləsini və onun imzalanması ehtimalını dagücləndirir", - deyə İ.Hüseynov bildirib.

Məqalədə:
Seçilən
28
2
Mənbələr
Şərh ()
Bağla