AZ

ABŞ-dan delimitasiya prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel aprelin 24-də keçirdiyi brifinqdə müxbirin sualına cavab verərkən Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasında Vaşinqton nümayəndələrinin, o cümlədən Cənubi Qafqaz üzrə xüsusi müşavir Luis Bononun heç bir şəkildə iştirak etdmədiklərini bildirib.

Bununla belə sözçü ABŞ-ın iki ölkə arasında başlanmış prosesdən məmnun olduğunu söyləyib:

“...Dövlət katibi bunu öz tvitində qeyd edib və bildirib ki, biz Ermənistan və Azərbaycan arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyasına dair razılaşma əldə edilməsini alqışlayırıq. Bu davamlı və ləyaqətli sülhə doğru atılmış mühüm addımdır”.

Rəsmi Bakının bu barədə məlumatında deyilirdi ki, aprelin 23-də ekspert qrupları sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar:

“2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb və iki ölkə ekspert qruplarının işi davam edir".

(Azadlıq Radiosu)
Seçilən
6
Mənbələr
Şərh ()
Bağla