AZ

"Körpü çox pis vəziyyətdədir, böyük maşın keçdikdə titrəyir" - VİDEO

Bakı-Quba avtomobil yolunun Qubanın Yeni Güləzi kəndindən keçən hissəsində Qusarçay üzərində olan körpü qəzalı vəziyyətdədir.

 

Gün ərzində körpünün üzərindən minlərlə avtomobilin hərəkət etdiyini bildirən sakinlər təhlükənin qaçılmaz olmasından narahatdırlar.

 

“Körpü çox pis vəziyyətdədir, böyük maşın keçdikdə titrəyir. Çatlar gün keçdikcə daha da böyüyür, hər an uça bilər”, - Quba sakini narazılığını bildirib.

 

Daha ətraflı Baku TV-nin süjetində:

 

Tarix: 25 Aprel 2024, 19:47   
Seçilən
10
5
Mənbələr
Şərh ()
Bağla