AZ

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına YÜKSƏLDİ

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

"Unikal" xəbər verir ki, milli üzvü yarımfinalda Fransa təmsilçisi Sedrik Revola qalib gəlib.

O, qızıl medal uğrunda görüşdə Fransisko Qarriqosla (İspaniya) üz-üzə gələcək.

Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldızın (Türkiyə) müqavimətini qırmağa çalışacaq.

Aydan Vəliyeva (52 kq) də bürünc medal görüşündə qüvvəsini sınayacaq. Bu gün tatamiyə çıxan digər 4 idmançı isə medal şanslarını itirib.

Seçilən
113
37
Mənbələr
Şərh ()
Bağla