AZ

İsti hava 6 nəfərin həyatına son qoydu

Filippində havanın həddindən artıq isti olması 6 nəfərin həyatına son qoyub.

News24.az xəbər verir ki, bu barədə Filippin Səhiyyə Nazirliyi açıqlama verib.

Məlumata görə, havanın temperaturu səbəbindən 34 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 6-sı dünyasını dəyişib.

Qeyd edək ki,  hava səbəbindən bir çox məktəblərdə təhsil dayandırılıb.

Mehriban Mirzəzadə



Seçilən
9
Mənbələr
Şərh ()
Bağla