AZ

"Müxalifətçilər üçüncü ölkənin təhriki ilə Ermənistanla Azərbaycan arasında münaqişə yaradırlar"

"Müxalifətçilər üçüncü ölkənin təhriki ilə Ermənistanla Azərbaycan arasında münaqişə yaradırlar".

Redaktor.az "aysor.am"a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.

“Belə ki, məsələ həll olunsun və sülhməramlılar gəlsin. Bizə sülhməramlı lazım deyil, biz öz sərhədimizi təsdiq etməliyik”, - deyə o, jurnalistlərlə söhbətində deyib.

Simonyan qeyd edib ki, sərhəd dirəyinin quraşdırılması Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddialarının olmaması deməkdir.

"Azərbaycan Ermənistanın dirəyin o biri tərəfində olduğunu tanıyır və sərhədlərin ikitərəfli əsasda tanınmasından yaxşı heç nə yoxdur", - spiker deyib.

T.İSMAYIL

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla