AZ

Direktor “Red Bull”dan gedir

“Red Bull”un Texniki Departementinin direktoru Edrian Nyui ilin sonuna kimi komandanı tərk edəcək.

İdman.biz xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat yayılıb.

65 yaşlı mütəxəssisin Avstriya komandasının düşərgəsindəki ab-havadan məmnun olmadığı bildirilib. Nyuinin yaxın günlərdə gedişi ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir. Onun “Red Bull"la 2025-ci ilin sonuna kimi müqaviləsi var. Komanda onun rəhbərliyi ilə son 3 ildə dünya çempionu olub.

Qeyd edək ki, az əvvəl ingilis mütəxəssisin “Ferrari”yə keçəcəyi ilə bağlı xəbər yayılmışdı. İtalyanlar Edriana ilə 12-13 milyon avroluq təklif hazırlayıb.

İdman.biz

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla