AZ

Bölgəmizdə iki güc toqquşur: Paşinyan cəzasız qalmayacaq

Ermənistanın sürətlə Qərbə doğru meyillənməsi,Fransanın timsalında özünə yeni "hami və havadar" tapdığınıdüşünməsi, ABŞ və Avropa İttifaqından sürəkli dəstək almağagüvənməsi, NATO ilə intensiv tərəfdaşlığa başlayaraq ordusunusürətlə silahlandırması bölgə dövlətlərini narahat etməyə bilməz.Daha çox qayğılanan isə Rusiyadır.

Rusiya XİN-nin Cənubi Qafqaz üzrə kollegiyasının xüsusi iclaskeçirərək, "Rusiyanın bölgədəki maraqlarının qorunması və inkişafetdirilməsi" məsələlərini müzakirə etməsi son ayların, bəlkə də, ənqəfil hadisələrindən biri sayıla bilər.

Rusiya diplomatiyasının müasir tarixində Cənubi Qafqazda xüsusidiqqət yetirilən nadir toplantılardan biri olan bu iclasda"Rusiyanı strateji məğlubiyyətə düçar etməyə çalışan kollektiv QərbUkraynadan sonra Cənubi Qafqaz da daxil olmaqla, postsovetməkanının digər hissələrində Rusiyanı bölgə ölkələri ilə bağlayanstrateji müttəfiqlik və tərəfdaşlıq münasibətlərini pozmağa, habeləmövcud iqtisadi tərəfdaşlıq və kollektiv təhlükəsizlikmexanizmlərini dağıtmağa çalışır".

İclasda daha sonra vurğulanıb: "Yalnız "sıfır cəmli oyunlar"məntiqi ilə hərəkət edən Qərbdən fərqli olaraq, Rusiya üçünprioritet Cənubi Qafqazda stabilliyin, sülhün və təhlükəsizliyintəminatıdır. Rusiya bundan sonra da ümumi çoxəsrlik tarix, coğrafiyaxınlıq və sıx insani təmaslarla bağlı olduğu bölgənin bütündövlətləri ilə qarşılıqlı sayğı və mənfəətə əsaslanan əməkdaşlığıdavam etdirəcək".

Bəyan olunub ki, Rusiya, Azərbaycan və Ermənistan arasındakıüçtərəfli anlaşmalar kompleksi tam həyata keçirilməli, Bakı vəİrəvan arasında sülh sazişi razılaşdırılmalı, bölgədə nəqliyyatkommunikasiyaları blokadadan çıxarılaraq, işə salınmalı,Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədi demarkasiyavə delimitasiya edilməlidir.

Bu kontekstdə "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya,Türkiyə, İran) regional platformasının potensialı ilə imkanlarındandaha fəal istifadə olunmalıdır.

Rusiya XİN-nin son onilliklərdəki tarixində unikal hadisə sayılabiləcək toplantının məhz indi keçirilməsinin səbəbləri, habelərəsmi Moskvanın Cənubi Qafqazda hansı maraqlarını qoruyaraq inkişafetdirmək niyyətində olması ciddi maraq doğuran məsələlərdir.

Moskva hesab edir və hətta qəti əmindir ki, Ermənistandan vasitəqismində istifadə etməyə başlamış "kollektiv Qərb", yəni ABŞ,Fransa və Avropa İttifaqı bölgədə Rusiyanın maraqlarına mümkünqədər ağır zərbələr endirmək, prosesləri Rusiyanın mütləq şəkildəCənubi Qafqaz bölgəsindən sıxışdırılıb çıxarılması ilənəticələndirilməsinə can atır.

Aprelin 5-də Brüsseldə ABŞ-nin dövlət katibi Entoni Blinken,Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanınbaş naziri Nikol Paşinyan arasındakı görüşdə qəbul edilmişqərarlardan sonra Qərbin ermənilər vasitəsilə Cənubi Qafqazamüdaxilə ssenarisi işə salınıb.

Ermənistanı sürətlə silahlandıran, ermənilərə bütün sahələrdəyardımlar və dəstək vəd edən Qərb bütün bunların müqabilindəermənilərdən Rusiya ilə əlaqələri minimuma endirməyi tələbedir.

Tələblər arasında Ermənistanın MDB dövlətlərinin KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarını tərk etmək,daha sonra isə Moskvanın total nəzarətindəki Avrasiya İqtisadiİttifaqından və Avrasiya Gömrük Birliyindən kənarlaşmaq da var.

Rusiya bütün bunları Cənubi Qafqazdakı maraqlarına həddən ziyadəciddi təhlükə sayır və diplomatik potensialını maksimum səfərbəredərək, Qərbin planlarını pozmağa hazırlaşır.

Rusiyanın XİN başçısı Sergey Lavrov indiyədək müxtəlifsəviyyələrdə və məkanlarda dəfələrlə bəyan edib ki, Qərbin həminplanları Cənubi Qafqazdak situasiyanı gərginləşdirir.Ermənistanınsa Rusiyadan asılılıqdan qurtulmaq və Qərb meyllisiyasət yürütmək niyyətini S.Lavrov "düşünülməmiş qərarlar"adlandıraraq, "Ermənistanı da Ukrayna ssenarisi gözləyə bilər"deyib.

Rusiya XİN-də keçirilmiş fövqələdadə toplantının nəticələriniçox qısa səciyyələndirmək olar: Moskva bölgjəmizdə yeni "ayırıcı vəməhdudlaşdırıcı xətlər"in formalaşdırılmasına imkan verməyəcək.Belə xətlər dedikdə Rusiya bölgəmizdəki dövlətlərin yeni ideolojiplatformalar və geosiyasi meyllər baxımından düşərgələnməsini, yeniqarşıdurma vəsilələrinin formalaşmasını nəzərdə tutur.

Moskva açıq şəkildə bəyan edir ki, Gürcüstanla ErmənistanınQərbə meyillənərək, kənardan alınan təlimatlar əsasında siyasətformalaşdırması onun maraqlarına qətiyyən cavab vermir. Bəhs olunansəbəbdən Cənubi Qafqazda son vaxtlar kollektiv Qərbin güclənəntəsir imkanlarını Moskva bütün imkanlarını, rıçaqlarını vəvasitələrini işə salaraq minimallaşdırmağa çalışacaq.

Məsələn, Rusiya XİN-nin son bəyanatında yer alan "... kollektivtəhlükəsizlik mexanizmləri dağıtmağa çalışır" ifadəsiABŞ-Fransa-Avropa İttifaqı triosunun Ermənistanı KTMT sıralarındançıxmağa sövq etməsini nəzərdə tutur.

Rusiya KTMT-ni və Avrasiya İqtisadi İttifaqını təbii ki, onuErmənistanla "tərəfdaşlıq və müttəfiqlik əlaqələri ilə bağlayan"təşkilatlar sayır. Reallıq da budur ki, sözügedən təşkilatlarİrəvanı Moskvanın hərbi-siyasi və iqtisadi təsir zonasındasaxlamağa yönəlib.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) Azərbaycandan vaxtındanəvvəl çıxarılması, Ermənistanda 32 ildən bəri işğalda olan 8kəndimizin 4-nün artıq azad edilərək, Azərbaycana qaytarılması,Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinindemarkasiya və delimitasiya proseslərinə başlamaq barədə qərarverilməsi - bütün bunlar Moskvanı ciddi narahat edənməsələlərdir.

Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaların birbaşa,Rusiyanın iştirakı olmadan reallaşdırılmış danışıqlar nəticəsindəəldə olunduğunu xatırlasaq, Moskva mövqelərini bərpa etmək üçün“3+3” formatını yenidən gündəmə gətirir, 2020-ci ilin noyabrın10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmışüçtərəfli bəyanatı xatırladaraq, onun şərtlər kompleksinin yerinəyetirilməsinin vacibliyindən bəhs edir.

Görünən budur ki, Rusiya bölgəmizdəki regional siyasətinəəlavələr etmək, onu qismən dəyişmək niyyətindədir.

Əsas hədəf Qərbin regionda güclənməsinə imkan verməmək, NATO-nunErmənistan vasitəsilə bölgədəki proseslərə ciddi təsir rıçaqlarınayiyələnmək planlarının qarşısını almaqdır.

Eyni zamanda, Rusiya Ermənistanın baş naziri Nikol PaşinyanınMoskvaya səfəri ərəfəsində “zəruri informasiya hazırlığı” görərək,İrəvana sərt xəbərdarlıqlar edir.

Məqsəd N.Paşinyanı Moskvadakı görüşdə və danışıqlarda konkretqərarın qəbuluna vadar etməkdir.

Qərbin maraqları isə fərqlidir.

Fransanın məqsədi Azərbaycan-Türkiyə tandeminin güclənməsinəimkan verməmək, ABŞ-nin niyyəti Azərbaycanla Ermənistan arasındakınəqliyyat-loqistika əlaqələrinin mümkün qədər gec işə salınması,Avropa İttifaqının istəyi isə Rusiya ilə regional qarşıdurmanıgücləndirərək bölgədəki nəqliyyat marşrutlarına nəzarətmexanizmlərinin ələ keçirilməsidir.

Seçilən
44
3
Mənbələr
Şərh ()
Bağla