AZ

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

İrakli

Tbilisi, 25 aprel, AZƏRTAC

Avropa İttifaqına üzv olmaq Gürcüstan hakimiyyətinin xarici siyasətinin prioritetlərindən biridir.

AZƏRTAC Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Macarıstanda “Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı”nın (CPAC) açılış mərasimində çıxışı zamanı bildirib.

O deyib: “Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq və biz birlikdə Avropa İttifaqının möhkəmlənməsinə, dayanıqlı dəyərlərə əsaslanan Avropanın qurulmasına mühüm töhfə verə biləcəyik”.

Qeyd edək ki, İ.Kobaxidze hökumət nümayəndə heyəti ilə birgə Macarıstanda səfərdədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla