AZ

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 32 min 148 ton miqdarında tomat satıb.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 45 milyon 41 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7 min 657 ton (31,2%), dəyər ifadəsi ilə 13 milyon 872 min ABŞ dolları (44,5%) çoxdur.

Hesabat dövründə xaricə satılan tomatın bir kiloqramı üçün orta qiyməti 1,4 ABŞ dolları (2,38 manat) olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,13 ABŞ dolları və ya 22 qəpik ucuzdur.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanın ixrac etdiyi tomat ümumi ixracın 0,75 faizini, qeyri-neft sektoru üzrə ixracın 6,69 faizini təşkil edib.

Əvəz Həsənov

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla