AZ

Spiker: "Rusiya Ermənistanı "vilayət" kimi qəbul edir"

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib ki, Rusiya rəhbərliyi onun ölkəsini "vilayət" kimi qəbul edir. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Belə ki, parlamentari Moskvanın Ukrayna münaqişəsi ilə bağlı son bəyanatına münasibətini şərh edib. Qanunvericinin sözlərinə görə, Rusiya Federasiyası Ermənistanı müstəqil dövlət hesab etmir.

"Rusiya hakimiyyətinin anlayışına görə, Ermənistan hələ də əyalət olaraq qalır", deyə Simonyan jurnalistlərə açıqlamasında deyib.

O, əlavə edib ki, Ukraynadakı münaqişə ilə bağlı yeni heç nə demir. Ermənistan parlamenti sədri qeyd edib ki, respublikanın rəsmiləri və digər ölkələrin rəhbərləri heç vaxt Ukraynanın ərazi bütövlüyü hüququnu şübhə altına almayıblar.

Aprel ayında Simonyan İspaniyada keçirilən Avropa İttifaqına (Aİ) üzv ölkələrin qanunvericilik orqanları sədrlərinin konfransında iştirak edib. Tədbirin kənarında o, Rusiyanın Ukraynadya qarşı müharibəsini "işğal" adlandırıb, həmçinin Ermənistanın sözügedən dövlətin ərazi bütövlüyünə sadiqliyinə diqqət çəkib.

Samir

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla