AZ

Hansı klubun oyunçuları saxlanılıb?

İngiltərə futbolunda növbəti qalmaqal baş verib.

“Football-plus.az” xəbər verir ki, ingiltərə premyer-liqasında yarışan klublardan birinin 19 yaşlı iki futbolçusu həbs edilib.

Onlar aprelin 19-da baş verən zorlama hadisəsində şübhəli bilinir. “The Sun” qəzetinin məlumatına görə, adı açıqlanmayan bu futbolçulardan biri məhz komandasının ev oyunlarını keçirdiyi stadionun yaxınlığında saxlanılıb. O, gecəni nəzarət kamerasında keçirib və sonra müstəntiqlər tərəfindən dindirilib. İkinci şübhəli isə ertəsi gün saxlanılaraq dindirilib.

Cinayətin qurbanı hadisədən bir neçə saat sonra hüquq-mühafizə orqanına müraciət edib. Hazırda hər iki şübhəli girov qoymaqla zaminə buraxılıb.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla